Bu gün Bakı vaxtı ilə saat 20 radələrində İsmayıllıda yerli əhali ilə polis qüvvələri arasında yeni insident yaşanır. Bir neçə saat öncədən etirazçıların icra hakimiyyətinə doğru yürüşü başlayıb.
Hazırda hadisə yerində olan “Azadlıq” qəzetinin müxbiri Ramin Deko Amerikanın Səsi radiosuna bildirib ki, polis və təhlükəsizlik qüvvələri yürüşün qarşısını almaq üçün müqavimət göstərir. Əhaliyə qarşı zor işlədilir, səs bombaları və gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə olunur. Həbs edilənlər və xəsarət alanlar var.
Qarşıdurma davam edir. Qaranlıq olduğundan qarşıdurmada nə qədər adamın iştirak etdiyini müəyyən etmək çətindir.
Ramin Dekonun özü də qazdan zəhərlənib. O, hadisə yerində olan müxbirlərin də qaz təsirlərinə məruz qaldığını deyib.
Hadisə yerində olan blogger Emin Milli isə Facebook statusunda yazır ki, İsmayıllıda atışma səsləri eşidilir: "Vəziyyət gərgindir. Qazla insanları evlərində zəhərləyirlər, insanlar evlərində oturub qazdan boğulurlar, gözləri və boğazları göynəyir. İnsanlar çalışır bir yerə toplaşsin". Blogger yazır ki, İsmayıllıda bütün gənclər indi küçələrdədir. "İstefa! İstefa! İstefa!" şüarları səslənir. Polis icra hakimiyyətini müasirəyə alıb. İnsanları ora keçməyə qoymurlar. Etirazçılar təkərlərdən barrikadalar qurur ve onları benzinle yandirir.
Digər blogger Həbib Müntəzir isə əhalinin yollarda barrikadalar qurduğunu, təkər yandırıb, yolları bağladığını yazır. "Polisin aqressiv hərəkətləri şiddətli qarşıdurma yaradıb" - deyə blogger yazır.