Accessibility links

İslandiya baş naziri istefa vermədiyini deyir


İslandiyanın baş naziri vəzifəsindən istefa vermədiyini bildirib. O, üzvü olduğu partiyanın vitse-prezidentindən qeyri-müəyyən müddətdə kabinetə nəzarət etməsi ilə bağlı təklif verdiyini deyib.

Baş nazirin ofisi yeni açıqlama verərək bildirib ki, Siqmundur Deyvid Qunnlauqssonun Tərəqqi Partiyasının sədri vəzifəsini icra etməyə davam edəcək.

Reykyavikdə baş nazirin istefası tələbilə keçirilən yürüş iştirakçısı
Reykyavikdə baş nazirin istefası tələbilə keçirilən yürüş iştirakçısı

Baş nazir Siqmundur Deyvid Qunnlauksson Panama sənədlərinin açıqlanmasından sonra minlərlə etirazçının istefa çağırışları ilə qarşılaşıb. O və onun xanımı Panamada hüquq şirkətinin köməyi ilə şirkət quraraq, ölkədəki maliyyə böhranı zamanı milyonlarla dollar pulu İslandiyanın bank bondlarında saxlayıb. Baş nazir qeyri-qanuni fəaliyyətə yol vermədiyini və bütün vergiləri ödədiyini iddia edir.​

Sənədləri Almaniyanın “Süddeutsche Zeitung” qəzeti və başqa 100 media orqanının da təmsil olunduğu Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu bir il çəkən araşdırma ilə üzə çıxarıb.

Qunnlauqssaon Panama sənədlərində maliyyə saxtakarlıqlarına yol verən 140 siyasətçi arasındadır.

Onların arasında İslandiya və Pakistanın Baş nazirləri, Ukrayna və Argentinanın prezidenti və Səudiyyə Kralı da var.

XS
SM
MD
LG