Accessibility links

Islam Partiyasının rayon təşkilatının sədri həbs edilib


Islam Partiyasının rayon təşkilatının sədri həbs edilib
Islam Partiyasının rayon təşkilatının sədri həbs edilib

İslam Partiyasının sədrinin həbsindən sonra cinayət işi üzrə aparılan əməliyyat-axtarış tədbirləri zamanı çoxsaylı silah və sursat tapılıb. İslam Partiyası fəalların həbsini siyasi adlandırıb.

Islam Partiyasının Astara rayon (Bakıdan 330 kilometr cənubda, İranla sərhəd rayonu) şöbəsinin sədri Ruhulla Axundzadə istintaq orqanları tərəfindən saxlanıb.

Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə,
qanunsuz fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının üzvləri barəsində başlanmış cinayət işi üzrə istintaqın gedişində Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat yolu ilə əldə etdiyi məlumat əsasında yanvarın 21-də keçirilən əməliyyat-axtarış nəticəsində Ruhulla Axundzadənin yaşadığı evin həyətindəki saxlanc yerindən 4 avtomat, 1 tapança, 3 ədəd patron sandıqcası, 9 əl qumbarası, 10 ədəd “UZRQM” tipli alışdırıcı, 2 trotil şaşkası, 491 patron, 7 ədəd CD formatlı disk və digər predmetler aşkar edilərək götürülüb.

Xatırladaq ki, İslam Partiyasının sədri Mövsüm Səmədov yanvarın 7-də saxlanıb. Bundan sonra, Quba rayonunda (Bakıdan 150 kilometr şimalda) onun əmisi oğlu Dəyanət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasından 3 ədəd əl qumbarası, yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb. Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıb.
İslam Partiyasının üzvlərinə qarşı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən cinayətə hazırlıq, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama maddələri üzrə cinayət işi başlanıb.

Bu il yanvarın 2-də İslam Partiyasının sədri Mövsüm Səmədov qurumun Baş Məclisinin iclasında məktəblərdə hicaba qadağa qoyulmasını tənqid edib. O, həmçinin hazırda iqtidarda olanları kəskin tənqid edib. Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb. AİP liderinin çıxışı YouTube-da yerləşdirilib.

İslam Partiyası Mövsüm Səmədovun və partiya fəallarının həbsini siyasi qiymətləndirib.

XS
SM
MD
LG