Accessibility links

İstanbul sammiti Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı tanınması çağırışı ilə başa çatıb


Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının sammiti Qüdslə bağlı bəyanatla başa çatıb
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Türkyədə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin fövqəladə zirvə toplantısı beynəlxalq ictimaiyyətə Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanınması mesajı ilə başa çatıb. İstanbul samimitində qəbul edilmiş sənəddə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı tənqid edilib.

İstanbulda keçirilən zirvə görüşündə 22 ölkənin dövlət başçısı ilə yanaşı 23 xarici işlər naziri iştirak edib.

Sammit ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə bağlı etirazların davam etdiyi bir vaxt keçirilib.

Zirvə görüşünə ev sahibliyi edən Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan açılış çıxışında ABŞ və İsraili tənqid edib.

Ərdoğan xəritələrə isinad edərək, İsraili Fələstinin bütün ərazini ələ keçirmək istəməkdə və terror dövləti kimi davranmaq üçün təhlükəsizlik qüvvələrindən istifadə etməkdə ittiham edib.

Lakin sammit regionda fikir ayrılıqlarının mövcudluğuna diqqət çəkib, belə ki, Səudiyyə Ərəbistanı və Misir zirvə görüşündə iştirak etməyib.

İstinye universitinin təhlilçisi Mesut Hakkı: “ABŞ-ın baxışı Səudiyyə Ərəbistanı və Misir üçün olduqca önəmlidir. Onlar ABŞ-ın qərarına müqavimət göstərmək istəmirlər. Biz deyə bilərik ki, onlar Türkiyə, İordaniya və İranla müqayisədə susurlar.”

Fələstin lideri Mahmud Abbas Trampın Qüdslə bağlı mövqeyi ilə özünü təcrid etmiş olduğunu bildirib.

“Beləliklə, Birləşmiş Ştatlar vasitəçi olmaq qabiliyyətini itirib və siyasi prosesdə heç bir rola malik deyil. Biz onun siyasi prosesdə bundan sonra rolunu qəbul etməyəcəyik. O, İsrailin təəssübkeşliyini çəkir. Bu, bizim mövqeyimizdir və sizin bizi dəstəkləmənizi gözləyirik.”

Sammitin yekun bəyanatında paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin tanınması ilə bağlı təəhhüd bildirilib.

XS
SM
MD
LG