ABŞ prezidenti Suriya İŞİD-ə qarşa hərbi əməliyyatların çox güman ki, bir müddət davam edə biləcəyini deyib. Barak Obama bunu uzun müddət inkişaf etməkdə olan xərçəngə bənzədib. “Əgər prezident daha əvvəl Suriya yaraqlılarına qarşı mübarizəyə qalxıb həm hökumət, həm də İŞİD-in opponentlərini silahlandırsa idi, indi vəziyyət necə ola bilərdi?
Suriya müxalifəti hökumət və İŞİD də daxil edilməklə, ekstremistlərə qarşı mübarizə üçün artıq çoxdandır yardım istəyir.
İordaniya kralı Abdulla CBS-ə müsahibəsi zamanı deyib ki, beynəlxalq ictimaiyyət Suriyada daha tez hərəkətə keçsə idi, İŞİD-in qarşısını ala bilərdi.
BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı kral hazırkı əməliyyatların davam etdirilməsinin vacibliyini vurğulayıb."Suriya, İraq və digər ölkələri hədəf alan ekstremistlər qlobal təhlükəsizliyə hədədir. Beynəlxalq ictimaiyyət bu kimi qruplaşmaları məğlub etmək üçün kollektiv strategiya əldə etməlidir."
Kollektiv strategiya daha əvvəl əldə edilsəydi, İŞİD-I məğlub etmək asan ola bilrədimi?
ABŞ rəsmiləri Amerikanın yubanmasını onun silah ehtiyatının tükənə biləcəyi ilə izah edir.
ABŞ-ın Sülh İnstitutundan təhlilçi Stiv Heydemann prezident Obamanın müxalifətin döyüşlərə hazırlığını sual altına aldığını düşünür."Silahlı müxalifətə əkinci, tacir və ya farmaseft kimi yanaşmaq kökündən yanlış bir işdir. Çünki Suriya müxalifərinin əksəriyyəti hərbi keçmişə malikdir."
Heydemann deyir ki, müxalifətə yardım vəziyyəti dəyişə bilərdi. "Biz İŞİD-in qalxmasına və Əsəd rejiminin hərbi irəliləyişinə mane olmaqla fərqli vəziyyətə yol aça bilərdik. Biz Suriyada müzakirələrə açıq bir abu-hava yarada bilərdik.Bunun üçün müxalifətə silahla yardım edilməli idi."
Amerikanın Təhlükəsizlik Mərkəsizindən təhlilçi Nora Bensaleh hesab edir ki, Amerika daha əvvəl hərbi əməliyyata əl atsa idi, hərbi balans dəyişə bilərdi.
"Biz İŞİD-ın irəliləməsinə mane ola bilərdik.Lakin bunun nə kimi problemlərə,nə kimi nəticələrə yol açacağını bilmirdik."
Bensaleh deyir ki, ABŞ siyasəti hərbi əməliyyatları uğursuzluğa da düçar ola bilərdi. "Suriyanın vətəndaş müharibəsində bir və ya daha artıq tərəfdən daha əvvəl müdaxilə etmək mürəkkəb bir regional problemə çevrilə bilərdi."
Sünni ərəb müttəfiqlər Suriya və İraqda hava hücumlarında iştirak etməsilə yanaşı Bağdadın yeni şiə hökumətinə dəstək verir. ABŞ-ın quru qüvvələrinin döyüşlərdə iştirak edib-etməyəcəyi İraq ordusu, Amerikanın təlimlər və silahlarla dəstək verdiyi Suriya müxalifətinin gücündən asılı olacaq.