Accessibility links

İŞİD yenidən zəvvarlara hücum edib - 125 ölü


İŞİD terror qruplaşması İraqın Kərbəla şəhərindən, Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynin qırx mərasimindən qayıdan şiə zəvvarların olduğu ərazidə partlayış törədib.

Partlayış Bağdaddan 100 kilometr aralıda yerləşən Hillada baş verib. Partlayış nəticəsində 125 nəfər ölüb, 100 nəfər yaralanıb. Onların çoxu iranlılardır.

Partlayıcılarla dolu olan yük maşını partladılarkən ərazidə ziyarətdən qayıdan 5 avtobus olub.

Partlayış Bağdaddan 100 kilometr aralıda yerləşən Hillada baş verib. Partlayış nəticəsində 125 nəfər ölüb, 100 nəfər yaralanıb. Onların çoxu iranlılardır.

Xatırladaq ki, iki gün öncə Bağdad yaxınlığında baş verən partlayış nəticəsində 80 nəfər ölüb.

Yanacaqdoldurma məntəqəsində partlayışı intiharçı törədib. Hadisə zamanı 32 adam xəsarət alıb.

Bu məntəqə Bağdadın 120 kilometrliyində yerləşir.

İrandan Kərbəlaya gedən iranlı zəvvarlar adətən bu məntəqə yaxınlığındakı restoranda dayanırlar.

Həmin hücumu məsuliyyətini də İŞİD öz üzərinə götürmüşdü.

Bu arada bildirək ki, Türkiyə Hərbi Hava Qüvvələri "Fərat qalxanı" əməliyyatları çərçivəsində Suriyanın şimalında İŞİD-in 12 terrorçusunu məhv edib.

Bu barədə Anadolu agentliyi xəbər verir.

"Fərat qalxanı" əməliyyatı bu ilin avqust ayının 24-dən aparılır.

XS
SM
MD
LG