Accessibility links

İŞİD-lə qızğın döyüşlərdən sonra Mosulun qərb bölgələri ələ keçirilib


İraqın hərbi polisi İŞİD yaraqlıları ilə qızğın döyüşlərdən sonra Mosulun qərb bölgələrini ələ keçirib.

General-mayor Heydər Əl-Maturinin bildirdiyinə görə, qüvvələr Tayaran məhəlləsinin nəzərətini bü gün səhər tezdən ələ keçirib.

Əl-Maturi deyib ki, yaraqlılar 10 maşına bomba yerləşdirib, onların 9-u hədəfə çatmadan partlayıb. 10-cu maşının patylayışı iki polis işçisinin ölümü, beşinin yaralanması ilə nəticələnib.

Mosul hava limanı azad edilib

İraq hərbi qüvvələrinin Mosulun qərb hissələrində irəliləməsi əks-terror qüvvələrinin 2014-cü ildən İŞİD-in nəzarətində olan aeroportun nəzarətini ələ keçirməsindən sonra baş verir.

Hərbi qüvvələr Qozlani hərbi bazasının nəzarətini bütünlüklə cümə günü ələ keçirib və son aylar ilk dəfə olaraq Mosulun Əl-Mamun hissəsinə daxil olub.
İraq hərbi qüvvələrinin hava limanını ələ keçirməsi əsgərlərə Mosula cənub-şərqdən daxil olmaq və şəhərin Fərat çayının qərb sahilindəki hissəsinə ilk dəfə olaraq nəzarət etmək imkanı verir.

İŞİD Mosulun şərq hissəsindən yanvar ayında çıxarılmağa başlayıb, lakin yaraqlı qrup hələ də şəhərin çayın iki hissəyə böldüyü qərb tərəfinə nəzarət edir.

İraq hərbi qüvvələri həmçinin İŞİD-in silah anbarını və bir zamanlar qərargahları və hərbi baraklarını ələ keçirib.

XS
SM
MD
LG