İŞİD terror qruplaşması üçün ianə toplamaqda və insanları terrorçu dəstəsinə qoşulmağa dəvət etməkdə ittiham olunan ABŞ vətəndaşı 22,5 il həbs müddəti ilə cəzalandırılıb.
Nyu-York ştatının Roçester şəhərinin federal hakimi müttəhim Mufid Elfqih haqda qərarını cümə axşamı günü elan edib.
İttihamçılar deyir ki, Elfqih ABŞ-da insanları İslam Dövləti qrupu sıralarına cəlb etdiyinə görə həbs edilən ilk şəxsdir.
O, Federal Təhqiqatlar Bürosunun iki agentinin 2014-cü ildə İslam Dövləti qrupu siralarına qoşulmaq üçün Suriyaya getməsinə kömək etdiyi üçün həbs edilmişdi.