İyun ayının 26-sı İşgəncə Qurbanlarına Dəstək günüdür. Bu gün BMT-nin İşgəncələrə Qarşı Konvensiyasının 25-ci ildönümü qeyd edilir. Kopenhagendə yerləşən Beynəlxalq Reabilitasiya Şurasının baş katibi Brita Sidhoff dünyada işgəncələrə qarşı səylərin müsbət nəticələr vediyini deyib.
O, Çili və Argentina, habelə Avropa ölkələrində işgəncə faktlarına çox az rast gəlinməsini sevindirici hal adlandırıb. Lakin xanım Sidhoff daha artıq fəaliyyətlərə ehtiyac olduğunu vurğulayıb. “Bir çox ölkədə, xüsusilə daxili münaqişələr mövcud olan ölkələrdə işgəncə hallarının artdığı qeydə alınıb.”
Beynəlxalq Reabilitasiya Şurasının baş katibi işgəncələrə bir gün tamamilə son qoyulacağına ümid bəslədiyini deyib.
Şura 70 ölkədə 150 reabilitasiya mərkəzinə malikdir.