2012-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 9,6 milyard manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çox istehlak malları satılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak mallarının 1,2 milyard manatı hüquqi şəxslərin, 4,5 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 3,9 milyard manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub. Elektron ticarətin həcmi 775,5 min manat olub.
Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 5,4 milyard manatı ərzaq məhsullarının, 4,2 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.