Accessibility links

İsa Qəmbər Cəmil Həsənlinin xeyrinə prezidentliyə namizədliyindən imtina edib


Müsavat Partiyasının başqanı İsa Qəmbər
Müsavat Partiyasının başqanı İsa Qəmbər

Onun namizədliyi Müsavat Partiyasının Məclisi tərəfindən irəli sürülmüşdü

Müsavat Partiyasının lideri İsa Qəmbər prezidentliyə namizədliyini geri götürüb.

Müsavat Partiyasının avqustun 26-da keçirilən iclasında İsa Qəmbər bu barədə bildirib. O qərarını Milli Şuranın yeni vahid namizəd kimi Cəmil Həsənlinin namizədliyini irəli sürməsi ilə əsaslandırıb.

İ.Qəmbər Müsavat Partiyasının üzvlərini və tərəfdaralrını Cəmil Həsənlini fəal dəstəkləməyə çağırıb.

İ.Qəmbərin prezidentlyə namizədliyi yanvarın 4-də Müsavat Məclisi tərəfindən irəli sürülmüşdü
XS
SM
MD
LG