Accessibility links

İraqlılar seçkiyə hazırlaşır


İraqlı seçiciləri keçən il İŞİD üzərində qələbə elan edildikdən sonra ilk dəfə milli parlamentini əvəz etmək şansına sahib olacaqlar.

İraqın kürd bölgəsindəki seçicilər ötən ilin sentyabr ayında baş tutan mübahisəli müstəqillik referandumunun nəticəsi olaraq dövlətdən ayrılmaq istəklərinə baxmayaraq şənbə günü keçiriləcək federal seçkilərə hazırlaşırlar.

Ərbil şəhərinin hər tərəfində seçkidə iştirak edən altı əsas partiyanın nəhəng afişa və bukletlərini görmək mümkündür.

Seçicilərin bəzilərinin sözlərinə görə, onlar müstəqillik ideyasına sadiq qalsalar da, federal səviyyədə nümayəndə ilə çıxış edərək güclərini artırmaq istəyirlər.

Parlamentdəki 329 yer uğrunda təqribən 7000 namizəd mübarizə aparır.

XS
SM
MD
LG