Iraqda silsilə bomba hücumları nəticəsində 55 nəfər həlak olub, 225 insan yaralanıb. Ölüm hallarının çoxu paytaxt Bağdadda qeydə alınıb. Şəhərin sünnilərin yaşadığı bölgəsində bir neçə bomba partlayışı 9 adamın ölümünə yol açıb. Hücumlar zamanı 24 nəfər yaralanıb. İraqın digər 10 şəhərində hücumlar əsasən təhlükəsizlik postları, restoranlar və məktəbləri hədəf alıb.