Accessibility links

“Orta Şərq hadisələri və İraq türkmənlərinin durumu” mövzusunda dinləmələr


“Orta Şərq hadisələri və iraq türkmənlərinin durumu” mövzusunda dinləmələr
“Orta Şərq hadisələri və iraq türkmənlərinin durumu” mövzusunda dinləmələr

Dünya Azərbaycanlıları Konqresinin təşkil etdiyi dinləmədə əsasən İraq türkmənlərinin ağır durumu müzakirə edilib

Dünya Azərbaycanlıları Konqresi (DAK) İraq türkmənlərinin ictimai-siyasi durumu ilə bağlı “Orta Şərq hadisələri və iraq türkmənlərinin durumu“ mövzusunda dinləmələr keçirib. Dinləmələrdə ekspertlər iştirak edib və Skype vasitəsi ilə İraq türkmənləri qoşulub.

Orta Şərqdə baş verən hadisələrin ilk növbədə türk xalqlarına zərbə vurduğu nəzərə çatdırılıb.

Son bir neçə ayda ortaya çıxan “insan qəssabları” İraq Şam İslam Dövləti (İŞİD) yaraqlıları İraqa hücumlarda 2 mindən çox türkməni qətlə yetirildiyi nəzərə çatdırılıb. Dünya dövlətlərinin İŞİD-in zülmü altına düşən ərəblərə, kürdlərə silahla, qida və su ilə kömək edildiyi halda türkmənlərin belə dəstəkdən məhrum olduğu qeyd edilib.

Eyni zamanda türk dünyası Fələstin faciəsi ilə bağlı səsini dəfələrlə qaldırsa da ərəb dünyasının İraq türkmənlərinə dəstək verməməsi təəssüflə bildirilib.

“Bütün bunlardan məqsəd türkmənləri Kərkükdən qovmaq, bu torpaqlarda kürd dövləti qurmaqdır”, deyə DAK həmsədri Sabir Rüstəmxanlı deyib.

Azərbaycan və Türkiyənin İraq türkmənlərinə dəstək verməyə borclu olduğu nəzərə çatdırılıb.

Skype vasitəsi ilə tədbirə qatılan Kərkük yazarı Əkrəm Feyzi Kərkükdəki durumla bağlı danışıb. 3 milyon türkmənin vətəndən didərgin düşdüyü Bağdad, Ərbil, Kərbəla, Nəcəf şəhərlərinə qaçmağa məcbur olduqları nəzərə çatdırılıb.

Gənclərin İŞİD tərəfindən güllələndikləri, qadınların əsir götürüldükləri vurğulanıb. Türk dünyasının ciddi dəstəyi olmasa türkmən toplumunun durumu daha ağırlaşacaq.

“Kürd dövləti qurulması təhlükəsi təkcə İraq türkmənlərinin torpaqlarının deyil, həm də Güney Azərbaycan torpaqlarına iddialarla bağlıdır”, DAK təmsilçisi Babək Muğanlı bildirib.

Bu təhlükənin aradan qaldırılması üçün bütün türk xalqlarının həmrəy olması təklif edilib.

Azərbaycan və Türkiyənin İraq türkmənlərinə dəstəyinə gəlincə, rəsmi Bakının bu toplumu dəstəkləməli olduğu deyilib. Diaspor komitəsinin bu yöndə indiyə kimi iş görməməsi tənqid olunub.

Professor Cəmil Həsənliyə görə, dəstək məsələsində daha çox Türkiyə və qismən İranın imkanlarının genişdir. Amma 2003-cü ildə İraqa hücum zamanı Türkiyə kənarda qalmaqla burada söz sahibi olmaq hüququnu itirib. Bunu isə ilk növbədə zərbəsinin İraq türkmənlərinə dəydiyi deyilib.

XS
SM
MD
LG