Accessibility links

İraqda qırıcı təyyarənin səhvən atdığı bomba 7 nəfərin ölümünə səbəb olub


İraq hərbi qüvvələrinin bildirdiyinə görə, qırıcı təyyarənin Bağdadın şərq bölgəsinə səhvən atdığı bomba azı 7 nəfərin ölümünə səbəb olub.

Ordu sözçüsü bombanın Rusiyada istehsal edilmiş Suxoy qırıcı təyyarəsində baş vermiş texniki problem nəticəsində düşdüyünü deyib. Nəticədə bir neçə ev dağılıb, 11 nəfər yaralanıb.

Təyyarə İraqın şimal və şərq bölgələrində böyük ərazini ələ keçirmiş İslam Dövləti qrupuna qarşı hücumlarda iştirak edirdi.

İraq ordusu Biləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin havadan, yerli yarı-hərbi dəstələr və İrandan gələn qüvvələrin quruda yardımı ilə İslam Dövləti qrupu tərəfindən ələ keçirilən əraziləri geri almaq üçün döyüşləri davam etdirir.

Hökumət tərəfdarı qüvvələr müəyyən nailiyyət əldə etsə də, bir neçə böyük şəhər də daxil olmaqla, hələ də böyük ərazi yaraqlıların nəzarətindədir.

XS
SM
MD
LG