İraq ordusunun İslam Dövlətinə qarşı olan qüvvələrin köməyi ilə militantları Mosuldan çıxarmağa çalışdığı bir vaxt, kürdlərin başçılıq etdiyi qüvvələr İŞİD-i Suriyanın Raqqa şəhərindən çıxarmaq istiqamətində döyüşlər aparır. Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri hər iki ölkədə terrorçulara qarşı mübarizəyə yardım göstərir. Bu arada Türkiyə kürdlərin güclənməsinin ölkədə müstəqilik uğrunda mübarizə aparan kürd hərəkatının da qızışmasına gətirib çıxaracağından narahatdır
Suriyanın kürd döyüşçüləri ilk “Fərat qəzəbi” adlı qələbəsini musiqi sədaları altında rəqs edərək qeyd edib. Bazar ertəsi koalisiya qüvvələrinin havadan köməyi ilə kürdlərin başçılıq etdiyi Suriya Demokratlk Ordusu Raqqaya üz tutdu və bir neçə kəndi ələ keçirib. Kürd dəstəsinin başçısı hərbi qüvvələrin İslam Dövlətinin de-fakto paytaxtından cəmi 30 km-lik məsafədə olduğunu bildirib.
“Dünən biz bu ərazini təmizlədik. İslam Dövlətinin bu kənddə qoyub getdikləri bomba yerləşdirilmiş avtomobillərı zərərsizləşdirdik. Bu gün Əbu Allaşı azad etdik. Orada da bizə qarşı bomba yerləşdirilmiş avtomobillərdən istifadə edildi. Təyyarələr onları da zərərləşdirdi. Hazırda əraziyə nəzarət bizim əlimizdədir” deyə, Tal-Abyad briqadasının baçısı Əbu Yazan bildirir.
Kürdlərin Peşmərqə döyüşçüləri də Mosula gedən yoldakı bombaları zərərsizləşdirir.Peşmərqə Tank bölməsinin komandiri Sihar Bərzani: “Biz burada işlərimizi demək olar ki, başa çatdırmışıq. Lakin döyüşlərin getdiyi ərazilərdə hələ də partlayıcı qurğular var.”İraqın hərbi rəsmiləri Raqqada qələbə yürüşünə hazırlaşır. Birgə Qərargahlar Briqadasının sözçüsü Yəhya Rəsul: “İslam Dövlətinə qarşı mübarizədə Raqqa əməliyyatları çox vacibdir. Raqqa İraqdakı terrorun mənbəyidir.”
Lakin Mosul əməliyyatlarında İraq ordusu iştirak edir və əməliyyatları özü koordinasiya edirsə, Raqqanın geri alınmasına nə Suriya hökuməti, nə də onun müttəfiqi Rusiya yardım edir.
Türkiyə isə kürdlərin başçılıq etdiyi hər hansı hərbi əməliyyatın əleyhinə çıxır. Ankara Raqqanın geri alınması əməliyyatlarında ərəblərin deyil, Suriya kürdlərinın iştirakını tənqid edib. “Biz demək istəyirik ki, əsasən ərəblərin məskunlaşdığı Raqqanın qeyri-ərəblər tərəfindən geri alınması və idarə edilməsi regional sülhə töhfə verməyəcək” deyə. Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirir.
Türkiyə bu ərazilərdə müstəqil Kürdüstan yaranmasından ehtiyat edir. Suriya və İraqakı əməliyyatlara hava hücumları ilə dəstək verən Birləşmiş Ştatlar, Britaniya və Fransa İslam Dövlətinə qarşı mübarizədə həm yerli kürdlərə, həm də ərəb döyüşçülərinə yardım göstərir.