İraq qüvvələri İslam Dövlətinin nəzarətində olan Ramadinin hökumət binalarının geri alınması uğrunda son səylərini davam etdirir. Şəhər 7 ay əvvəl islamçıların əlinə keçib.
Ənbar vilayətinin paytaxtı Ramadidə hökumət binaları yaxınlığında döyüşlər günlərdir davam edir.
Bölgə ətrafına minalar yerləşdirilib.
İraq ordusunun rəsmiləri İŞİD yaraqlılarının intiharçılar, snayperlər, tələlər və mülki əhalidən qalxan kimi istifadə etdiyini bildirir.
Kompleksin geri alınması və şəhərin əsəs hissəsinin hökumət qüvvələrinin nəzarətinə keçməsi Ramadidə balans yarada bilər.
İraq ordusunun sözçüsü quruda irəlilıyiş əldə olunması üçün havadan bəzi partlayıcıların məhv edildiyini bildirib. O, qüvvələrin hökumət binalarının yerləşdiyi kompleksə yaxınlaşdığını deyib.
İraq ordusunun rəsmiləri İŞİD yaraqlılarının intiharçılar, snayperlər, tələlər və mülki əhalidən qalxan kimi istifadə etdiyini bildirir.
Şəhərdən nə qədər sakinin getdiyi məlum deyil. Lakin ordu sözçüsü sakinlərin yaxınlıqdakı xəstəxanalarda sığınacaq tapdığını deyib.
İŞİD yaraqlıları intiharçılar, snayperlər, tələlər və mülki əhalidən qalxan kimi istifadə edir
Ötən may ayında Ramadinin yaraqlıların əlinə keçməsi İraq hökuməti və ordusu üçün böyük itki olmuşdu.
Bağdaddan 100 km-lik məsafədə yerləşən bu şəhər uğrunda döyüşlərə aylardır ara verilmir.