Accessibility links

İraq ordusu Kərkükü geri aldı


İraq ordusu Kərkükə daxil olur. 16 oktyabr, 2017.
İraq ordusu Kərkükə daxil olur. 16 oktyabr, 2017.

İraq hökumət qüvvələri ildırım-sürətli əməliyyatla kürdlərin nəzarət etdikləri Kərkük şəhərini geri alıblar. Bu əməliyyat İraq Kürdüstanının müstəqilliyi üzərində keçirilən referendumdan sonraya təsadüf edir.

ABŞ-ın təlim verdiyi İraqın elitar Əks-Terrorizm Qüvvəsi bazar ertəsi günorta Kərkük şəhərinin mərkəzində inzibati binalara nəzarəti ələ keçirib.

Bu gün bizim üçün bayramdır – biz [Məsud] Bərzaninin partiyasından qurtulmaqdan çox xoşbəxtik.

Onlarla zirehli maşın binaların yaxınlığına gələrək burada yerli polislə yanaşı mövqe tutublar. Onlar kürd bayraqlarını endirərək İraqın dövlət bayrağını binaların üzərində saxlayıblar

Heç bir tərəf əməliyyat zamanı itkilərin sayı barədə məlumat verməyib. Lakin Kərkükdə fəaliyyət göstərən humanitar yardım təşkilatı Kərkükün cənubunda baş verən toqquşmalarda bir neçə peşmergə və İraq əsgərinin həlak olduqlarını bildirir.

Bir milyon sakini olan şəhərdən bəzi kürdlərin qaçdığı xəbər verilir. Etnik türkmənlərdən ibarət izdiham İraq ordusunun gəlişini bayram edib. Bəziləri maşınlarına İraq bayraqları taxıb, havaya atəş açıblar.

“Bu gün bizim üçün bayramdır – biz [Məsud] Bərzaninin partiyasından qurtulmaqdan çox xoşbəxtik,” deyə türkmənlərin mavi–ağ bayrağını yelləyən İraq türkməni bildirib.

İraq ordusunun əsgəri kürd bayrağını endirir.
İraq ordusunun əsgəri kürd bayrağını endirir.

Baş nazir Heydər Əl-Abadi yalnız İraq bayrağının Kərkük və bütün başqa mübahisəli ərazilərdə hökumət binaları üzərində dalğalandırılmasına göstəriş verib.

Bu ərazilərdə Bağdadın iradəsinə zidd olaraq 25 sentyabrda müstəqillik üçün keçirilən referendum keçirilib.

Rəsmi Bağdad ordunun irəliləyişinin ciddi müqavimətlə üzləşmədiyini bildirib və “peşmergə” kimi tanınan kürd qüvvələrini əməkdaşlığa və sülhü saxlamağa çağırıb.

XS
SM
MD
LG