Accessibility links

İraqda son 24 saat ərzində azı 13 etirazçı öldürülüb


İraqın təhlükəsizlik qüvvələri bir neçə həftə təmkindən sonra hökumətin nəzarətindəki siyasi partiyalara qarşı nümayişləri dağıtmaq üçün son 24 saat ərzində azı 13 etirazçını öldürüb.

Bazar ertəsi gün ərzində 8 nəfəri öldürən təhlükəsizlik qüvvələri çərşənbə axşamına keçən gecə və səhər saatlarında biri dəfn mərasimində olmaqla, azı 5 nəfəri öldürüb.

Oktyabr ayının əvvəlindən başlayaraq korrupsiyaya və əsasən də İran olmaqla, hökumətin xaricin maraqlarına uyğun idarəsinə qarşı nümayişlərin başlamasından bəri 260-dan çox etirazçı öldürülüb.

Ölüm hallarının çoxu nümayişlərin ilk həftəsində snayperlərin Bağdaddakı binaların damlarından izdihama atəş açması nəticəsində olub.

Lakin hökumətin öldürücü taktikalardan geri çəkilməsi ilə etirazlar daha da intensivləşib.

Zorakılıqlar yenidən baş nazir Adil Əbdül Məhdinin etirazçılara müraciət edərək, məqsədlərinə çatdıqlarını və iqtisadiyyata güclü zərər verdiklərini, buna görə də yürüşləri dayandırmalı olduqlarını deməsindən bir gün sonra başlayıb.

O, qanunvericilər razı olsalar, istefa verməyə hazır olduğunu və bir sıra islahatlar həyata keçiriləcəyinə söz versə də, etirazçılar bunun yetərli olmadığını və bütün hökumətin getməli olduğunu deyib.

XS
SM
MD
LG