Accessibility links

İraqda 2016-cı ildə terrorizm və zorakılıqlar nəticəsində 7 min mülki vətəndaş həyatını itirib


BMT İraqda terrorizm və başqa zorakılıq aktları nəticəsində keçən il 6 min 878 mülki şəxsin həyatını itirdiyini, 12 min 388 nəfərinsə yaralandığını bildirib.

Mülki əhali arasında tələfatlarla bağlı göstəricilər bundan daha yüksək ola bilər, çünki buraya İraqın qərbindəki Ənbar vilayətində may, iyul, avqust və dekabr aylarında ölən və yaralananlar daxil edilməyib.

BMT-nin İraqa Yardım Missiyasına əsasən, bu rəqəmlər "minimum göstəricilər kimi qəbul edilməlidir".

Heç bir şübhə yoxdur ki, İŞİD Mosulda itkilərdən diqqəti yayındırmağa cəhd göstərir və təəssüf ki, bunun bədəlini günahsız insanlar ödəyir
Yan Kubis

BMT bildirib ki, dekabr ayının sonlarında mülki vətəndaşları hədəf alan terrorçu bomba hücumlarının artmasına baxmayaraq, tələfatlar əvvəlki aylarla müqayisədə daha azdır.

"Heç bir şübhə yoxdur ki, İŞİD Mosulda itkilərdən diqqəti yayındırmağa cəhd göstərir və təəssüf ki, bunun bədəlini günahsız insanlar ödəyir"-deyə BMT-nin baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubis bildirib.

BMT-nin İraqa Yardım Missiyasının bildirdiyinə görə, 2015-ci ildə mülki əhali arasında ölənlərin sayı 7 min 512 nəfər olub.

XS
SM
MD
LG