Accessibility links

Mosulda 231 mülki vətəndaş qətlə yetirilib


BMT-nin Insan Haqları Təşkilatının etibarlı mənbələrdən əldə etdiyi məlumatında deyilir ki, İslam Dövləti döyüşçüləri Mosulun qərbindən qaçmağa çalışan mülki vətəndaşlardan 231 nəfəri qətlə yetirib.

Məlumatda qətl hadisələrinin may ayının 26-dan iyunun 3-nə qədər mülki vətəndaşların İslam Dövlətinin nəzarətindəkı Əl-Şifa bölgəsindən İraq ordusunun olduğu ərazilərə qaçmaq istəyərkən baş verdiyi deyilir.

BMT eləcə də, Mosulun qərbindəki Zəncillidə hava hücumları zamanı həlak olan 50-dən 80 nəfərə qədər mülki vətəndaşlarla bağlı təhqiqatın da davam etdiyini bildirib.

İraq ordusu Birləşmiş Ştatların koalisiya qüvvələrinin dəstəyi ilə Mosulun qərbi uğrunda fevral ayında başladıqları döyüşlərdə nailiyyət əldə etmişdi.

2014-cü ildən bəri Mosul da daxil edilməklə, İraqın İslam Dövləti döyüşçülərinin nəzarətindəki ərazilərının azad edilməsi İraq ordusunun böyük nailiyyəti olardı.

İnsan Haqları Təşkilatı və humanitar yardım qrupları Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya və İraq qüvvələrini mülki əhalinin tələfatına yol açan silahlardan istifadə edilməməsinə çağırıb.

XS
SM
MD
LG