Accessibility links

İslam Dövləti qrupu şiələri hədəf almaqda davam edir


İslam Dövləti qrupu bazar ertəsi İraq boyu azı 57 nəfərin ölümü ilə nəticələnən bomba hücumlarından birinə görə məsuliyyəti öz üzərinə götürüb.

Sünni ekstremistlərin verdiyi açıqlamada ölkənin cənubunda yerləşən Bəsrə şəhəri yaxınlığındakı Əl-Zübeyr yaşayış məntəqəsində maşına yerləşdirilmiş bombanın şiələri hədəf aldığı deyilir.

Bazar ertəsi ölümlə nəticələnən bomba hücumlarından biri də paytaxt Bağdaddan 80 km. şimalda, əsasən şiələrin yaşadığı Xalis şəhərində həyata keçirilib. Maşına yerləşdirimiş bombanın partlaması 35 nəfərin ölümünə səbəb olub. Bağdad yaxınlığındakı Hüseyniyyədə bomba hücumu nəticəsində isə 12 nəfər ölüb.

BMT-nin hesablamalarına görə keçən il İslam Dövləti qrupunun ölkənin şimal və şərq bölgələrində böyük əraziləri nəzarətə almasından sonra İraqda ordu və mülki vətəndaşlar arasında ölənlərin sayı xeyli artmışdı. Lakin son 9 ayda insan tələfatının daha az olduğu müşahidə edilir. 2014-cü illə mqayisədə ölənlərin sayı 12 min nəfər idisə, bu il bu rəqəm 10 minə enib.

XS
SM
MD
LG