Accessibility links

Kerri İraqın yeni baş naziri ilə görüşdən müsbət təəssüratla ayrılıb [Fotoqalereya]


ABŞ Dövlət katibi Con Kerri deyib ki, o İraqın yeni baş nazirinin İslam Dövləti qrupu ilə mübarizə aparmaq təşəbbüsünü alqışlayır.

Con Kerri bu sözləri İraq paytaxtı Bağdadda baş nazir Heydər əl-Abadi ilə görüşü zamanı bildirib.

ABŞ diplomatı İraqın yeni hökumətinin ölkəni birləşdirəcəyinə nikbin yanaşdığını deyib. Sabiq baş nazir Nuri Əl-Məliki İraqda sünni azlığa qarşı ayrı-seçkilik siyasəti yürütməkdə günahlandırılırvə bunun ekstremist qüvvələrin güclənməsinə gətirib çıxardığı deyilir.

Con Kerinin Bağdada səfərə başlamasından bir neçə saat sonra İraq rəsmiləri paytaxt Bağdadın şərq hissəsində iki avtomobilə yerləşdirilmiş bombaların partladıldığı bildirib. Hadisə zamanı doqquz nəfər həlak olub.

XS
SM
MD
LG