İraqda mülkü vətəndaşları öldürməkdə günahlandırılan dörd sabiq Blackvvater təhlükəsizlik işçisinin məhkəmə işi Vaşinqtonda federal münsiflər heyəti qarşısına çıxarılıb.
Hər iki tərəf son iddialarını çərşənbə günü federal andlılar heyətinə təqdim edib.
İddiaya görə, müttəhimlər 2007-ci il Bağdadda 14 nəfəri öldürüb və 18-ni yaralayıb.
Onlar üsyançıların atəş açması nəticəsində özlərini qorumaq məqsədilə atəş açdıqlarını bildirirlər. Əməkdaşlar atəşə məruz qaldıqlarını təsdiqləyəcək şahidlərin qəsdən hadisə yerindən İraq polisi tərəfindən uzaqlaşdırıldığını deyiblər.
İttihamçılar ABŞ Dövlət Departamentinin rəsmisini hədəf alan avtomobilə yerləşdirilmiş bombadan yayınmağa can atan mülki vətəndaşlara təhlükəsizlik işçilərinin qəsdən atəş açdığını deyirlər.
Blackwater işçilərindən biri birinci dərəcəli qətl maddəsi ilə ömürlük, digər üç işçi isə qəsdən adam öldürmə maddəsi ilə 30 ilədək həbs hökmü ilə üzləşə bilər.