Accessibility links

İranın hücumundan sonra Mala Ömər kəndinin sakinləri qorxu içərisində yaşayır


İranın hücumundan sonra Mala Ömər kəndinin sakinləri qorxu içərisində yaşayır
please wait

No media source currently available

0:00 0:02:22 0:00

İranın hücumundan sonra Mala Ömər kəndinin sakinləri qorxu içərisində yaşayır

İranın İraqın Ərbil şəhərinə endirdiyi raket zərbələrinin 4 nəfərin ölümü, 6 nəfərin yaralanmasına səbəb olmasından sonra yerli sakinlər yaranmasında iştirak etmədikləri müharibənin qurbanı olmaqdan qorxduqlarını deyirlər.

Bazar ertəsi gecə İranın hücumundan sonra Mala Ömər kəndindəki demək olar ki, hər evə ziyan dəyib. Raketlər İraqın Kürdüstan bölgəsindəki Ərbil şəhərinin kənarındakı evlərdən cəmi 400 metr aralıya düşüb.

Buradakı sakinlər əraziyə niyə hücum edildiyini bilmədiklərini deyirlər. Lakin bu bölgədə zorakılıq artdıqca, ailələr həyatlarının təhlükə altında olduğundan qorxur. Mala Ömər sakini Arsalan Faris: "İran əvvəllər də hücumlar edib, lakin onlar bizdən daha uzaqda olub. Biz indi qorxuruq, çünki daha yaxındadır. Qorxduq və bu hücumların burada yenidən baş verə biləcəyindən narahatıq".

İran deyir ki, bazar ertəsi axşam Suriya və İraqa edilən hücumlar terrorçu qrupları və İsrail kəşfiyyatını hədəf alıb.

İraq rəsmiləri isə bildiriblər ki, hədəflər arasında nə militantaların nə də xarici kəşfiyyatın bazaları olub və raket zərbələri nəticəsində 4 nəfər ölüb, azı 6 nəfər yaralanıb.

İranın həmçinin bu ayın əvvəlində İranın Kirman şəhərində 100-ə yaxın insanın ölümünə səbəb olan partlayışa cavab olaraq, İslam Dövləti qrupunun Suriyadakı hədəflərini vurduğunu bildirib. Associated Press agentliyinin məlumatına görə, yerli rəsmilər Suriyada istifadə olunmayan tibbi klinikanın vurulduğunu bildirib.

Mala Ömərin yerli sakinləri deyirlər ki, İsrail və HƏMAS arasındakı döyüşlər səbəbindən Yaxın Şərq boyu münaqişə genişlənir və tezliklə müharibədən gizlənmək üçün təhlükəsiz yerin qalmayacağı ilə bağlı narahatlıqlar artır. Arsalan Faris: "Burada yaşayanlar mülki insanlardır və biz həyatımız, işimizlə məşğuluq. Biz heç bir ordunun bazalarına və ya bölmələrinə yaxın deyilik. Nəyə görə hədəf alındığımızı başa düşmürəm".

İraqdakı ABŞ rəsmiləri hücumları "məsuliyyətsiz" adlandıraraq, bunun "İraqda sabitliyi pozacağını" bildirib.

Forum

XS
SM
MD
LG