Accessibility links

Fəlluca sakinlərinin taleyi narahatlıq doğurur


İraqın təhlükəsizlik qüvvələri Fəlluca şəhərini mühasirəyə alıb. İŞİD-in nəzarətində plan bu şəhərdə qalan insanların taleyi narahatlıq doğurur.

İŞİD yollara bombalar yerləşdirib, intiharçı hücumları həyata keçirir.

​Hərbi qüvvələrin sözçüsü Amerikanın Səsinə bildirib ki, İŞİD yollara bombalar yerləşdirib, intiharçı hücumları həyata keçirir.

Sünnilərin sıx yaşadığı Fəlluca şəhəri 6 aydan çoxdur İŞİD-in əlindədir.

Şəhər ətrafında döyüşlərin intensivləşməsi ilə insanların vəziyyəti daha da ağırlaşıb.

800 nəfərin şəhərdən qaçmağa nail olmasına baxmayaraq minlərlə insan təhlükə altındadır.

BMT-nin qaçqınlar agentliyinin bildirdiyinə görə, insanlar dəhşətli vəziyyətdədir. Qurum qaçmaq istəyənlərin qətlə yetirildiyini bildirir.

XS
SM
MD
LG