Accessibility links

İraqda bomba hücumları itkilərə səbəb olub


People and security forces inspect the scene of a car bomb attack in Basra, 340 miles (550 kilometers) southeast of Baghdad, Iraq, July 2, 2013.
People and security forces inspect the scene of a car bomb attack in Basra, 340 miles (550 kilometers) southeast of Baghdad, Iraq, July 2, 2013.
İraqda bomba hücumları nəticəsində 53 nəfər həyatını itirib.

Hücum Bağdadın şimalında Şaab əyalətində baş verib. Bomba yüklü iki maşın dayanacaqda partlayaraq doqquz insanın ölümünə səbəb olub.

Bağdaddan 60 kilometr şimal-şərqdəki Baquba şəhərində kafedə intiharçı üzərindəki bombanı partlatması nəticəsində 8 nəfər ölüb və 20 nəfər yaralanıb.

Xarici vətandaşların olduğu Bəsra şəhərində mehmanxananın həyətində içi bomba ilə dolu iki maşının partlaması nəticəsində heç kəs xəsarət almayıb.

Əsasən şiələrin yaşadığı ərazilərdə baş vermiş hücumlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Əl-Qaidənin İraq qanadı Bağdadın Şiə hökumətini sarsıtmaq üçün çox vaxt şiələri, təhlükəsizlik qüvvələrini və mülki qulluqçuları hədəf alır.
XS
SM
MD
LG