Bu gün İraqın paytaxtı Bağdadda həyata keçirilən silsilə bomba hücumları azı 32 nəfərin ölümünə, 30-dan çoxunun yaralanmasına səbəb olub.
İki maşına yerləşdirilmiş bomba hücumları Xarici İşlər Nazirliyinın qarşısı da daxil edilməklə, əsasən paytaxtın güclü mühafizə olunan Yaşıl Zonası yaxınlığında həyata keçirilib. Həmin bölgədəki restoranın yaxınlığında isə intiharçı hücumu olub.
İraqda vəziyyət 2008-ci ildə sünnilərlə şiələr arasında təriqətlərarası qarşıdurmalar başlayandan bəri daha da gərginləşib. Keçən ay ölkədə baş verən zorakılıqlar səbəbi ilə min, keçən il isə doqquz minə qədər insanın öldüyü deyilir.