Accessibility links

İraqın Ali Məhkəməsi kürdlərin referendumunu dayandırır


İraqın Ali Məhkəməsi baş nazir Heydər Əl-Abadinin ölkənin Kürdüstan regionunda bu ayın sonu müstəqilliyə dair referedumun dayandırılmasına dair müraciətini qəbul edib.

Məhkəmənin bildirdiyinə görə, səsvermə referendumun konstitusiyaya uyğun olması məsələsinə baxılana qədər təxirə salınır.

Heydər Əl-Abadi Assoşieyted Press agentliyinə müsahibə də daxil olmaqla, dəfələrlə referendumun əleyhinə çıxış edib. Baş nazir müstəqilliyə dair səsverməni İraqın suverenliyinə qarşı zorakılıqlara yol açacaq təhlükəli addım kimi qiymətləndirib.

Abadi İraqın xəbər agentliyinə Kürdüstan muxtar regionunun üç vilayətində referendumun keçirilməsi planlarını davam etdirən kürdlərin “odla oynadığını” bildirib.

Kürdüstan bölgəsində referendumun keçirilməməsinə dair çağırışlar dəfələrlə əhəmiyyətsiz qoyulub. Ali Məhkəmə qərarın yerinə yetirilməsini təmin etmək üçün kifayət qədər gücə malik deyil.

Türkiyənin baş naziri Binali Yıldırım
Türkiyənin baş naziri Binali Yıldırım

Türkiyə İraq Kürdüstanında referendumun keçirilməsi planlarına qəti etirazını bildirib. Türkiyənin baş naziri Binali Yıldırım keçən həftənin cümə günü İraq kürdlərinin müstəqillik refendumu keçirmək planının “böyük səhv” olduğuna dair xəbərdarlıq edib.

“Biz sanksiya tətbiq etmək istəmirik, amma əgər o nöqtəyə çatsaq, Türkiyə daha öncə planlaşdırdığı addımları atacaq”, deyə Yıldırım rəsmi Ankarann xəbərdarlığını çatdıraraq əlavə edib.

XS
SM
MD
LG