Accessibility links

İraqın nüfizlu şıə ruhanisi siyasətdən getdiyini bəyan edib


İraqın nüfuzlu şiə ruhanisi Müqtəda əl-Sədr bazar ertəsi siyası həll olunmayan, dalana dirənmiş və qeyri-sabitliyə təkan verə biləcək məsələlərə görə siyasəti tərk etdiyini və idarələrini bağladığını bildirib.

Tvitter səhifəsində paylaşdığı bəyanatında Sədr “Bununla mən tamamilə geri çəkildiyimi elan edirəm” deyib və şiə siyasi liderlərini onun islahat çağırışlarına məhəl qoymadıqlarına görə tənqid edib.

O, ofislərinin bağlanması ilə bağlı ətraflı məlumat verməyib, lakin mədəniyyət və dini qurumların açıq qalacağını bildirib.

Bundan əvvəl Sədr siyasətdən və hökumətdən çəkildiyini, ona sadiq olan yarı-hərbi dəstələrin ləğv edildiyini elan etsə də, dövlət qurumları üzərində geniş nəzarəti saxlayıb və hələ də minlərlə üzvü olan yarı-hərbi qrupları qalmaqda davam edib.

O, oxşar açıqlamalardan sonra tez-tez siyasi fəaliyyətə qayıdıb, baxmayaraq ki, İraqdakı mövcud siyasi dalanı həll etmək əvvəlki disfunksiya dövrlərindən daha çətin görünür.

Sədr və onun şiə rəqibləri arasındakı çıxılmaz vəziyyət İraqın xeyli müddət hökumətsiz qalmasına səbəb olub.

Sədrın “Sadrçilər Bloku” partiyası oktyabrda keçirilən seçkilərdə birinci olub. Lakin o, özünün seçdiyi hökuməti qura bilmədiyi üçün iyun ayında millət vəkillərini parlamentdən geri çağırıb və İrana yaxın nüfuzlu şiə rəqiblərini uzaqlaşdırmaqla hədələyib.

Bundan sonra ruhaninin tərəfdarları Bağdadın mərkəzindəki hökumət zonasına hücum edib. O vaxtdan bəri onlar yeni prezident və baş nazirin seçilmə prosesini dayandıraraq parlamenti ələ leçirib.

Sədr hazırda növbədənkənar seçkilər və parlamentin buraxılmasında israrlıdır. O deyir ki, 2003-cü ildən, ABŞ-ın işğalından bəri hakimiyyətdə heç bir siyasətçi yoxdur.

Sədrin müttəfiqi Mustafa əl-Kazimi müvəqqəti baş nazir olaraq qalır.

Sədrin bazar ertəsi verdiyi açıqlama tərəfdarlarının liderləri olmadan etirazlarını gücləndirə və İraqda sabitliyi daha da poza biləcəyi qorxusunu artırıb.

XS
SM
MD
LG