Accessibility links

İranda 2 Azərbaycanlı xanım həbsə və qamçı vurulmağa məhlum olub


İranda 2 Azərbaycanlı xanım həbsə və qamçı vurulmağa məhlum olub
İranda 2 Azərbaycanlı xanım həbsə və qamçı vurulmağa məhlum olub

Müxtəlif xəbər mənbələrinin bildirdiklərinə görə əsasən bu xanımlar Urmu Gölünün qurumasına etiraz hərəkətlərinda, İranın əmniyyət quvvələri tərəfindən tutulub və beşinin mühakiməsi Şərqi Azərbaycanın inqilab və umumi məhkəmələrində keçirilib amma qalan yeddi fəal xanımın mühakimələrinin zamanı bəlli deyil.

Səham News, Güney Azərbaycan Öyrənci Hərəkatı və HRANA xəbər vebsaytları 12 Təbrizli siyasi, mədəni və qadın haqları fəalının tutuqlanması və onların ikisininə həbs və qamçı cəzası verilməsi barədə xəbərlər yayıblar.

Behcət xanım Fəramərzi məhkəmədə altı ay həbs cəzasından əlavə 20 qamçıya məhkum olub. Ondan əlavə, Ruqəyyə xanım Həsənzadəyə də 91 gün həbs və 20 qamçı cəzası verilib. Xəbər mənbələri, üç xanımın adını çəkmədən, onların bəraət qazanması barədə xəbər yayıblar.

Müxtəlif xəbər mənbələrinin bildirdiklərinə görə əsasən bu xanımlar Urmu Gölünün qurumasına etiraz hərəkətlərinda, İranın əmniyyət quvvələri tərəfindən tutulub və beşinin mühakiməsi Şərqi Azərbaycanın inqilab və umumi məhkəmələrində keçirilib amma qalan yeddi fəal xanımın mühakimələrinin zamanı bəlli deyil.

Urmu Gölünün qurumsına qarşı etirazlar o zaman başladı ki, Azərbaycanlı millət vəkillərinin bir hissəsi bir layihə hazırlayıb və dövləti Urmu Gölünə su getirmək üçüm məcbur etmək layihəsini İran parlımentinə verdilər amma parlametin üzvüləri ona səs vermayıb və bir neçəsi çarə olaraq azərbaycanlıların azərbaycan topraqlarıdan köçməsini təklif etdilər və bu təklif etira nümayişlərinin başlamasında və azərbaycanlıların küçələrə yayılmasında rol oynadı.

Urmu Gölünün qurumasına qarşı keçirilən etirazlar zamanı tutulan və mühakimə olan xanımların içində Fəranək xanım Fərid və Münirə Əkbərpur kimi tanınmış yazarlar var. Fəranək xanımın üç cildid kitabı nəşr olub. Münirə xanım, həm şairr və həmdə Fransa dilindən tərcümələr edir.

Bu xanımlar, o cümlədən Fəranək Fərid iddia edirlər ki, İran qanunları və İnsan haqları müqavilələri əsasına qadın haqlarını müdafiyə edib və Urmu Gölünün qurumasının qarşısını almaq üçün çalışırlar və həmən qanunlara əsasən İran dövləti onları himayə etməlidir

Beynalxalq təşkilatların yaydıqları bəyanatlara baxılırsa, İran hökuməti, dil, insan haqları, sərbəst yazı, fikir azadlığı, ətraf- mühit kimi sahələrdə fəaliyyət göstərənləri düşmən kimi görür və onları İnqilab Məhkəmələrində və 30 il bundan əvvəl Şah rejimilə mübarizə apardığı inqilab qanunlarılə susdurmağa çalışır.

XS
SM
MD
LG