Accessibility links

İranla nüvə razılaşması bir il sonra


Bir il əvvəl İranlı diplomatlar və dünyanın altı qüdrətli dövləti iki il sürən uzun danışıqlardan sonra Avstriyanın Vyana şəhərində bir araya gələrək, sərt iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində İranın nüvə proqramının məhdudlaşdırmasını nəzərdə tutan əhatəli razılıq əldə etdi.

Bu gün razılaşmanın əsas müddəalarının açıq nəticələri görünür, lakin hər iki tərəfdə o biri tərəfin öhdəlikləri yerinə yetirilməsinə məsuliyyətlə yanaşmayacağı ilə bağlı şübhələr mövcuddur.

ABŞ dövlət katibi Con Kerri cümə axşamı Parisdə çıxışında razılaşmaya sadiq qalmağın vacibliyini vurğulayıb.

Mürəkkəb çoxtərəfli danışıqlar regionda təhlükəsizlik və sabitliyin artması ilə nəticələnib və dünya bununla fəxr edə bilər
Con Kerri

“Biz iş birliyini davam etdirməliyik və biz işi davam etdirəcəyik. Bu məsələ ilə bağlı razılaşmaya əməl olunması üçün günü-gündən səyləri artıran xüsusi səfirimiz var. Biz gələcəkdə yaranacaq hər bir problemi aradan qaldırmaq üçün işləməyi davam etdirəcəyik,” deyə Con Kerri bildirib.

Kerri deyib ki, mürəkkəb çoxtərəfli danışıqlar regionda təhlükəsizlik və sabitliyin artması ilə nəticələnib və dünya bununla fəxr edə bilər.

Danışıqlara cəhd hələ 2002-ci ildə İranın nüvə silahı əldə etmək məqsədi ilə uran zənginləşdirməyə başlaması ilə bağlı narahatlıqların mövcud olduğu vaxt edilmişdi. İran isə hər dəfə danışıqlarda iştirak etməkdən imtina edirdi.

Sonradan BMT, ABŞ və Avropa İttifaqının sanksiyalarla təzyiqi nəticəsində iqtisadi çətinliklərlə üzləşən İran danışıqlarda iştirak etməyə məcbur qalmışdı.

XS
SM
MD
LG