Accessibility links

İranlılar ölkə rəhbərliyinə qarşı etirazları davam etdirir


Tehran, İran. 19 sentyabr, 2022.
Tehran, İran. 19 sentyabr, 2022.

Cümə axşamı dövlət mediası bildirib ki, İran məhkəməsinin ekspertiza rəyində Məhsa Əmininin polis nəzarətində ikən başına və ayaqlarına aldığı zərbələrdən öldüyü təkzib olunur və onun ölümü daha öncə onda mövcud olan sağlamlıq problemi ilə əlaqələndirilir.

22 yaşlı İran kürdü olan Əmininin ölümü ölkə boyu nümayişlərə səbəb olub və bu, son illər İranın ruhani liderlərinə qarşı ən böyük etirazlardır.

Qadınlar ruhani rəhbərliyə qarşı çıxaraq, hicablarını çıxarıblar, qəzəbli izdiham isə Ali Ruhani Ayətullah Əli Xameneinin devrilməsini tələb edib.

İranın insan hüquqları qrupu Hengavın verdiyi məlumata görə, şənbə günü kütləvi nümayişlərə çağırışdan sonra kürdlərin çoxluq təşkil etdiyi Sənəndəc və Saqqız şəhərlərində təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb və gözyaşardıcı qazdan istifadə edib.

Hengav bildirib ki, Saqqız, Divandərə, Məhabad və Sənəndəc şəhərlərində genişmiqyaslı tətillər keçirilir.

İnsan hüquqları qrupunun dediyinə görə, Saqqız şəhərinin mərkəzi meydanın yerləşən məktəblərdən birində məktəbli qızlar “qadın, həyat, azadlıq” şüarlarını səsləndiriblər.

Hengav şənbə günü bildirib ki, İranın təhlükəsizlik qüvvələri kürdlərin yaşadığı iki şəhərdə təqiblərə başlayıb.

“Təhlükəsizlik qüvvələri Sənəndəc və Saqqızda etirazçılara atəş açır,” Hegav bildirib. Qrup iğtişaş polisinin gözyaşardıcı qazdan da istifadə etdiyini deyib.

Twitter-də çox izlənən Tavsir1500 hesabı da ölkənin şimal-qərbində kürdlərin yaşadığı iki şəhərdə etirazçılara atəş açıldığını bildirib.

İnsan hüquqları qrupları bildirir ki, təhlükəsizlik qüvvələri tərəfindən 150 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.

Əmini sentyabrın 13-də Tehranda “uyğun olmayan geyim” səbəbilə saxlanılıb, üç gün sonra isə həyatını itirib.

Hökumət etirazları İranın düşmənləri, o cümlədən ABŞ-ın planı adlandırıb və silahlı dissidentlər və digərlərini təhlükəsizlik qüvvələrinin 20 üzvününü ölümü ilə nəticələndiyini iddia etdiyi zorakılıqlarda ittiham edib.

XS
SM
MD
LG