Accessibility links

İran təhlükəsizlik qüvvələri Təbrizdə vətəndaşları həbs etməyə davam edir


Təbrizdə həbs edilən vətəndaşlar
Təbrizdə həbs edilən vətəndaşlar

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, keçən bir həftə ərzində Təbrizdə onlarla vətəndaş İran təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

Xüsusilə çərşənbə günü 23 yaşındakı tibb tələbəsi Aylar Haqqinin məmurlar tərəfindən öldürülməsindən sonra Təbrizdə etirazların şiddətinin artdığı bildirilir. Keçən günlərdə Əli İraqi adlı başqa bir gənc təbrizlinin də polis qüvvələri tərəfindən öldürüldüyünə dair xəbərlər yayılıb.

Hüquq müdafiəçiləri mərhum Aylar Haqqinin dəfn mərasimində iştirak edən bir çox vətəndaşın da saxlanıldığını bildiriblər.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Günaz TV kimi saytlar keçən bir neçə gün ərzində Təbrizdə tutulanlardan Zəhra Saleh, Hamid Bağıri, Məhəmməd Cavidi, Atilla Zare, Rza Əmiri, Sədəf Əkbəri, Ayda Əkbəri, Fərhad Aftabi, Maidə Övlad Qaragöz, Rza Cami, Əmir Şimali, Əmin Sadıqi və Araz İbadinejadın adlarını yayıblar.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili Sina Yusufi oktyabr ayının 12-də yaydığı açıqlamada Təbrizdə kütləvi aksiyalar ilə əlaqədar təqribən 1700 nəfərin həbs edildiyini bildirmişdi. Vəkil bu məlumatı açıqladıqdan bir neçə gün sonra özü də İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir müddət sonra mülki zəmanətlə sərbəst buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG