Accessibility links

İran prezidentinin Tacikistana səfəri iki ölkə arasında yaxınlaşmaya işarədir


İran prezidenti İbrahim Rəisi və Tacikistan prezidenti İmoməli Rəhmon. 8 noyabr, 2023.
İran prezidenti İbrahim Rəisi və Tacikistan prezidenti İmoməli Rəhmon. 8 noyabr, 2023.

İran prezidenti İbrahim Rəisinin noyabrın 8-9-da, son 18 ayda Tacikistanın paytaxtına ikinci rəsmi səfərindən sonra İran və Tacikistan arasında son on ildə yoxuşlu və enişli münasibətlər yenidən artmağa başlayıb.

Rəisinin Tacikistana səfəri iki ölkə arasında ölkələr arasında yaxınlaşma fonunda simvolik əhəmiyyət kəsb edirdi.

Səfər zamanı Raisi və onun tacikistanlı həmkarı İmoməli Rəhmon vətəndaşları üçün tarixi vizasız səyahət sazişi, ticarət, nəqliyyat, mədəniyyət və digər sahələrdə sövdələşmələr imzalayıb.

İki ölkə arasında yüksək səviyyəli rəsmilərin səfərləri son bir ildə müntəzəm hal alıb. Belə ki, İranın müdafiə naziri Reza Qareyi Aştiani oktyabr ayında Tacikistana, baş prokuror Məhəmməd Cəfər Möntəzeri isə iyun ayında ədliyyə nümayəndə heyətinə başçılıq etməklə Düşənbəyə səfər ediblər.

Lakin yaxın dil, mədəni və tarixi bağlara, eləcə də Rusiya kimi ortaq əsas müttəfiqə malik bu iki farsdilli ölkə arasında münasibətlər həmişə heç də ilıq olmayıb.

Son on ildə ölkələr arasında əlaqələrin pozulması investisiya və ixrac müqavilələrinin kəsilməsinə, birbaşa uçuşların dayandırılmasına və Tacikistandakı İran xeyriyyə və mədəniyyət mərkəzlərinin bağlanmasına səbəb olub.

İran Tacikistanı 2015-ci ildə, Düşənbənin İslam İntibah Partiyasının (İRİT) fəaliyyətini şübhəli şəkildə qadağan etməsindən və onu terror qruplaşması elan etməsindən bir neçə ay sonra partiyanın rəhbərini konfransa dəvət etməsindən sonra qəzəbləndirmişdi.

Düşənbəni daha da qəzəbləndirən tədbirdə İslam İntibah Partiyasının lideri Muhiddin Kəbirini İranın ali dini lideri Ayətulla Əli Xameneyi tərəfindən qarşılanarkən şəkilllərinin çəkilməsi olub.

2017-ci ildə Tacikistan dövlət televiziyasının 1997-2004-cü illərdə bir sıra tanınmış ictimai xadimlər, siyasətçilər və alimlərin öldürülməsindən sonra İranı Tacikistanda siyasi qətlləri maliyyələşdirməkdə və sifariş verməkdə ittiham etməsi ilə münasibətlər lap aşağı səviyyəyə düşüb.

Forum

XS
SM
MD
LG