Accessibility links

İran Azərbaycanında yol qəzalarının sayında artım qeyd edilir


İran Azərbaycanının vilayətlərinin rəsmiləri tərəfindən açıqlanan məlumata əsasən yol qəzalarının sayında keçən ilə nisbətən artım qeyd edilib.

İran Azərbaycanının 4 vilayətində, o cümlədən, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncanda Tibbi Ekpertiza İdarəsinin açıqladığı son statistikalara görə, keçən il mart ayının 21-dən etibarən 4 vilayətdə 1693 nəfər yol qəzalarında həyatını itirib.

Şərqi Azərbaycan vilayətinin Tibbi Ekspertiza idarəsinin direktoru Əli Səfayifərd bu ilin ilk 10 ayında yol qəzalarında 821 nəfərin öldüyünü açıqlayıb. Bu rəqəm keçən ilin eyni dövründə 657 nəfər olub. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə rəqəmlərin 25% artdığı deməkdir.

Qərbi Azərbaycan vilayətinin Tibbi Ekpertiza idarəsinin direktoru Rəsul Rövşəni son 8 ay ərzində vilayətdə baş verən yol qəzalarında 445 nəfərin həyatını itirdiyini bildirib. O bildirib ki, ötən il eyni dövrdə vilayətdə avtomobil qəzaları nəticəsində 376 nəfər həyatını itirmişdi. Rəsminin verdiyi statistika nəzərdə alındıqda, vilayətdə yol qəzalarınıns ayında 20% artım var.

Ərdəbil vilayətinin rəsmiləri tərəfindən verilən son 9 ay statistikasına əsasən, 190 nəfər vilayətdə baş verən avtomobil qəzalarında həyatını itirib.

Zəncan vilayətinin Yol Polisinin müavini polkovnik Minaxanı 10 ay ərzində vilayətdə yol qəzalarında 237 nəfərin həyatını itirdiyini bildirərək, ötən ilin eyni dövrü ilə müqayisədə 25% artım olduğunu bildirib.

İran Tibbi Ekspertizası idarəsinin son 10 ay müddəti üçün açıqladığı statistikaya görə, ölkədə ümumilikdə 14 min 349 nəfər yol qəzalarında həyatını itirib.

XS
SM
MD
LG