Accessibility links

İranda iki nəfər edam olunub


Dar ağacı
Dar ağacı

İranda son bir ildə 488 nəfərdən çox şəxs edam olunub

Bu gün səhər İranın Şahrud şəhər həbsxanasında iki nəfər edam olunub. Bu barədə Trend agentliyi məlumat yayıb.

Məlumata əsasən, Şahrud şəhər prokuroru Əmirrza Hacıqulami bildirib ki, həmin şəxslər narkotik maddələrin daşınması və satılmasında ittiham olunaraq ilə edam cəzasına məhkum olunublar.

Beynəlxalq KİV-in məlumatına görə, ötən bir il ərzində (2011-ci ilin oktyabrından 2012-ci ilin oktyabr ayınadək) İranda 488 nəfərdən çox şəxs edam olunub. Məlumata əsasən, bu müddət ərzində 333 nəfərdən çox şəxs isə edam cəzasına məhkum olunub. Edam olunan şəxslərin 33 faizi narkotik qaçaqmalçılığı, 13 faizi isə zorlamada ittiham olunub.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur.
XS
SM
MD
LG