İranın dövlət televiziyasının məlumatına görə, Kərəc şəhərinin Qızıl Hasar həbsxanasından qaçmağa cəhd edən məhbusların 9-u öldürülüb, 33-ü yaralanıb. Məhbuslarla keşikçilər arasında qarşıdurma məhbəsdə yanğın törədildikdən sonra baş verib. Məhbuslar arasında heç kim qaçmağa nail olmayıb. Məlumatda deyilir ki, onların əksəriyyəti narkotik maddə qacaqmalçılığı ittihamı ilə ölüm hökmü altında olanlardır.