Accessibility links

İranda hakimiyyətə qarşı etirazlar vüsət alıb


İranda bir sıra şəhərlərində, o cümlədən paytaxt Tehran, Rəşt, İsfahan və Şirazda, nümayişçilər küçələrə axışaraq İranın ali dini lideri Ayətullah Əli Xameneyinin istefasına çağırıb. Aksiyalar Xameneyiyə tabe qüvvələrin Ukrayna təyyarəsini vuraraq 176 sərnişinin ölümünə bais olmasından sonraya təsadüf edir.

Tehranın Əmir Kabir Universiteti önündə keçirilən etirazlarda tələbələr "Diktatora ölüm!" şüarları səsləndirib. Polisin onlara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi deyilir.

Nümayişçilər habelə ABŞ tərəfindən öldürülmüş Qüds Qüvvələri komandanı Qasım Slüeymanini və onun rəhbəri Xameneyini "qatil" adlandırmış, hakimiyyəti xalqa qarşı cinayətlərdə ittiham etmişlər.

ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi Amerikanın Səsinə verdiyi açıqlamada "ABŞ İran xalqını dəstəkləyir və, dünyanın yerdə qalan hissəsi kimi, bu ölkə liderlərinin qiymətli vəsaiti və resursları terrorizmə və nüvə ambisiyalarına xərcləməyi dayandırmasını istəyir" deyib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo da Twitter səhifəsində İranda keçirilən etirazın videosunu paylaşaraq "İran xalqının səsi aydındır. Onlar rejimin yalanlarından, korrupsiyadan, bacarıqsızlığı və Xameneinin kleptorkatiyası altında İran İnqilabı Keşikçiləri Korpusunun qəddarlıqlarından təngə gəlib. Biz daha yaxşı gələcək istəyən İran xalqının yanındayıq,” yazıb.

İranda Ukrayna təyyarəsinin vurulmasına etiraz
please wait

No media source currently available

0:00 0:00:23 0:00

ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Huk isə “Etirazçılar haqlıdırlar. İranda rejimə qarşı ketləvi etirazlar başlanıb və biz cəsur İran xalqı ilə 100% çiyin-çiyinə dayanmışıq”deyib.

İranın İnqilab Keşikçiləri Korpusu bu həftənin əvvəlində Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.

İnqilab Keşikçiləri Korpusunun komandiri Əmirəli Hacızadə şənbə günü dövlət televiziyasında deyib: “Mən bütün məsuliyyəti üzərimə götürürəm və alınan hər hansı qərara tabe olacağam.” O deyib ki, təyyarənin aqibətini öyrənən zaman “ölmək istədim”.

"Biz həmin gecə müharibəyə hazır vəziyyətdə idik," Hacızadə deyib. O, əlavə edib ki, İnqilab Keşikçiləri kommersiya uçuşlarının təxirə salınmasına çağırsa da, həmin çağırışa əməl olunmamışdı.

İki ay öncə İranı bürüyən nümayişlərdə də etirazçılar hökumətə qarşı oxşar şüarlar səsləndirmişdi. Amensty International-n məlumatına görə, həmin nümayişləri yatırmaq üçün Xameneyi hökumətinin qüvvələri azı 300 etirazçını öldürmüşdü.

XS
SM
MD
LG