Accessibility links

İranın keçmiş prezidenti Rəfsəncani 82 yaşında vəfat edib


İranın dövlət televiziyası sabiq prezident və aparıcı islahatçı Əkbər Haşemi Rəfsəncaninin vəfat etdiyi barədə məlumat verib.

1989-1997-ci illərdə İranın prezidenti olan 82 yaşlı Rəfsəncanı daha öncə 1979 İran İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin baş müşaviri olub.

Rəfsəncani prezidentliyi dövründə 1980-1989-cu illər arasında qonşu İraqla apardığı müharibənin məhv etdiyi iqtisadiyyatı bərpa etməyə çalışıb. Bundan öncə o, bir sıra islahatlar həyata keçirib. Bu isə əsasən ölkənin sıx nəzarət olunan mediası sahəsində daha geniş azadlıqların yaranmasına səbəb olub.

Lakin 2002-ci ildə mühafizəkarların onun Qərbə yönəlmiş islahatçı səylərini tənqid etməsi ilə Rəfsəncaninin siyasi karyerası çökməyə başladı. O, həmin il parlament seçkilərində, daha sorna isə 2005-ci ildə ikinci dəfə prezidentlik uğrunda yarışda mühafizəkar Mahmud Əhmədinejada məğlub oldu.

2013-cü ildə isə İranın qüdrətli Konstitusiyanı Qoruma Şurası Rəfsəncaninin seçkidə namizəd olaraq iştirakına qadağa qoydu.

Lakin seçkidə Rəfsəncaninin siyasi müttəfiqi Həsən Ruhani qalib gəldi və Rəfsəncanini Birləşmiş Ştatlarla aparılan nüvə danışıqlarına nəzarətçi təyin etdi.

Rəfsəncani həmçinin Ali Ruhani lider Ayətullah Əli Xameneyiyə məsləhət verən İranın Siyasi məqsədəuyğunluq üzrə şurasına başçılıq edib.

Yarı-rəsmi FARS xəbər agentliyi Rəfsəncaninin çərşənbə axşamı rəsmi mərasimlə dəfn ediləcəyini bildirib.

XS
SM
MD
LG