İran prezidentliyinə namizəd Məhəmməd Rza Arif ölkədə milli azlıqların problemlərinin həll olunması məqsədilə xüsusi təşkilat yaratmağı planlaşdırır. Trend agentliyinin məlumatına görə, o bu barədə Kürdüstan vilayətinə səfəri zamanı bildirib.
Arif İran Konstitusiyasının 15-ci maddəsinə müvafiq olaraq, azlıqların həyat şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edəcəyinə söz verib.
İran Konstitusiyasının 15-ci maddəsində bildirilir: "Rəsmi dil (İranın) ... fars dilidir ... lakin ... regional və azlıqların dillərinin mətbuat və KİV-də, o cümlədən məktəblərdə öyrədilməsinə fars dilinə əlavə olaraq icazə verilir".
Arif ölkədə hər il 1 milyon iş yeri yaradacağına söz verərək bildirib ki, işsizlik İranın əsas problemlərindən biridir.
Bundan əlavə, o bildirib ki, prezident seçiləcəyi təqdirdə, sərhədyanı vilayətlərin inkişafı onun administrasiyasının əsas prioritetlərindən biri olacaq.
İranda 11-ci prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.