Accessibility links

Bakıda İran vətəndaşı saxlanıb?


Həbs
Həbs

İsrail mediası İran vətəndaşının İslam İnqilabı Keşikçiləri Korpusunun agenti olduğunu iddia edir. Azərbaycan hüquq mühafizə orqanları isə belə məlumata malik olmadığını bildirir

Noyabrın 19-da Azərbaycanda İran vətəndaşı saxlanılıb. O, İsrail səfirliyinə və onun əməkdaşlarına hücum cəhdində şübhəli bilinir. Azərbaycanlı detektivlər axtarış zamanı onun üzərindən İsrailin Bakıdakı səfirliyinin personalına hücum planını aşkar ediblər. Bu barədə noyabrın 20-də http://newsru.co.il İsrail televiziyasının 10-cu kanalına istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, saxlanılan şəxs İslam İnqilabı Keşikçiləri Korpusunun agentidir. Məlumat dəqiqləşdirilir.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzi Amerikanın Səsinin bununla bağlı sualına cavabda daxili işlər orqanlarına müraciət etməyi məsləhət bilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə Amerikanın Səsinə Bakıda İran vətəndaşının saxlanması ilə bağlı mətbuat xidmətinə məlumat daxil olmadığını deyiblər.

İsrail nəşri həmçinin xatırladır ki, bu ilin oktyabrında Bakı məhkəməsi İran vətəndaşını 15 il azadlıqdan məhrum edib. O, İsrailin Bakıdakı səfirliyinə qarşı terror aktının hazırlanmasında ittiham olunub.

Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, mühakimə edilmiş Faiz Bəhram Həsən İranın Kəşfiyyat Nazirliyində çalışıb və İsrail səfirliyinə qarşı terror aktının hazırlanması və törədilməsi məqsədilə 2006-cı ildə Bakıya gəlib. Onun ifadələrinə görə, İsrail nümayəndəliyinin qarşısında etiraz aksiyasının hazırlanması, diplomatlara fiziki zərərin yetirilməsi və binanın partladılması ilə bağlı tapşırıq alıb.
2013-cü ilin mayında məhkəmə üç nəfər azərbaycanlı vətəndaşın barəsində hökm çıxarıb. Onlar Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi zamanı israillilərə qarşı terror aktının hazırlanmasında təqsirkar olduqlarını etiraf ediblər. Fariz Bayramov və İbrahim Sadıqov 11 il həbs cəzası alıb. Azər Nəzərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər üçü İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq ediblər.

2012-ci ilin dekabrında iş üzrə Kamal Rəcəbov (14 il həbs cəzası), Rəşad Şahbazov (13,5 il), Rəcəb Abbasov və Afiq Allahverdiyev (hər biri 12 il) mühakimə olunub.
XS
SM
MD
LG