İranda 7 ilə yaxın həbsdə saxlanan siyasi məhbus, Xalq Mücahidlər Təşkilatının tərəfdarı Qulamrza Xosrəvi Səvadcani iyunun 1-də Kərəcin Rəcayişəhr zindanında dar ağacından asılıb.
“Media forum” saytının məlumatına görə, 2007-ci ildə Kirman əyalətinin Rəfsəncan şəhərində tutulan Qulamrza Xosrəvi Səvadcani Xalq Mücahidləri Təşkilatı ilə əməkdaşlıq etməkdə, bu təşkilata maddi yardım göstərməkdə və onun televiziyası üçün material və xəbər toplamaqda günahlandırılaraq ölümə məhkum edilib.
Xalq Mücahidləri Təşkilatı İranda şahlıq dövründə yaradılıb. Təşkilat 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidləri Təşkilatının minlərlə üzvü edam olunub və ya xarici ölkələrə mühacirət edib.