Tehranda bu gün 6 nəfər edam edilib. APA agentliyinin məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən məhbuslar edam edilməsi üçün Kərəcin Qızılhisar zindanından Tehranın Evin həbsxanasına köçürülüb. Məhkəmənin ölüm hökmü çıxardığı 6 nəfər səhər saatlarında Evin zindanının həyətində asılaraq edam edilib.
Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.
Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.