İnın Xuzistan əyalətinin Ramşir şəhərində yerli ərəblərin milli və dini hüquqları uğrunda mübarizə aparan 5 fəal ölümə məhkum edilib, birinə isə 20 il həbs verilib. Məhkəmələrin qapalı keçirildiyi bildirilir.
“Media forum” saytının məlumatına görə, Ramşir məhkəməsi Məhəmmədəli Əmuri, Hadi Raşedi, Haşım Şəbani, Muxtar və Cabir Albuşukəni qardaşlarını ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və Allaha qarşı mübarizə aparmaqda təqsirli bilib. Onlara ölüm cəzası kəsilib.
Məhkəmənin qərarı ilə daha bir ərəb fəalı Əbdülrəhman Əsakirə 20 il müddətinə azadlıqdan məhrum edilib.