Accessibility links

Con Kerri İranın xarici işlər naziri ilə görüşüb [Yenilənib]


ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Cavad Zərif İranın nüvə proqramını müzakirə etmək üçün bu gün Münihdə görüşəcək.

Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən danışıqlar sözügedən mövzu ilə bağlı diplomatların ötən ay keçirdikləri bir neçə görüşün davamı olub.

Dövlət Departamenti ilkin olaraq Kerri ilə Zərifin görüşünün şənbə günü keçiriləcəyi xəbərini vermişdi. Lakin görüşün bu gün keçirilib və planlaşdırıldığından daha artıq - 2 saat davam edib.

İran və ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyanın daxil olduğu qrup Tehranın nüvə fəaliyyətinə dair fikir ayrılıqlarını martın 24-dək aradan qaldırmağa çalışır. Tərəflər yekun razılığın əldə edilməsi üçün iyul ayının 1-dək vaxt verib.

Böyük 5-lik İranın nüvə fəaliyyətini dayandırmaq və onun nüvə silahı istehsal etməyəcəyinə əmin olmaq istəyir. İran nüvə proqramının sülhməramlı olduğunu və iqtisadiyyatını zəiflədən sanksiyaların aradan qaldırılmasını istəyir.

XS
SM
MD
LG