Accessibility links

İranda zəlzələdən zərər çəkənlərə yardım göstərdiyi üçün həbs edilən 40 fəaldan bir neçəsi azad edilib


Zəlzələdən ziyan çəkənlərə yardım
Zəlzələdən ziyan çəkənlərə yardım
İranın Şərqi Azərbaycan vilayətində zəlzələdən zərər çəkənlərə yardım göstərdiyi üçün həbs edilən 40 fəaldan bir neçəsi azad edilib. Onlar 5 milyon tümən müqabilində zaminə buraxılıb.

İranın təhlükəsizlik qüvvələri Sərənd kəndindəki düşərgəyə basqı edərək, insanları nəzarət altına alıb, düçərgə sakinlərinə məxsus əşyaları götürüb.

Nəzarət altına alınanlar arasında 9 qadın var.

Bu arada, İranın Ənsari Hizbullahın veb saytı tutulanların bəzilərinin BBC və digər xarici yayım mərkəzlərinin işçiləri olduğu bildirilir. Onlar yardım işçiləri adı altında İrandakı vəziyyətlə bağlı məlumat toplamaqda gühanlandırılır. Bəzilərinin isə Bəhayi dininin nümayəndələri olduğu deyilir.
XS
SM
MD
LG