Accessibility links

İran Azərbaycanının Qaradağ meşələrində yanğın davam edir


Şərqi Azərbaycan vilayətində yer alan Qaradağ meşələri (Arasbaran) adı ilə tanınan bölgədə iyulun 7-dən başlayan yanğın hələ davam etməkdədir.

Şərqi Azərbaycan vilayətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Məhəmməd Bağır Hünərbər iyulun 8-də yanğının 4 fərqli yerdə başladığını bildirərək, 4 yerdən 3-də yanğının söndürüldüyünü, ancaq bir nöqtədə bölgə qayalıq olduğundan dolayı söndürmə işinin mümkün olmadığını ifadə edib.

Hünərbər yanğının Xudafərin rayonunda baş verdiyini bildirib və deyib ki, yanğının qayalıq bölgədə söndürülməsi üçün yetərli işçi qüvvəsinin, imkanların və avadanlıqların olmadığı üçün Kəleybər rayonunun əlaqəli idarələrindən yardım tələb etdik.

Şərqi Azərbaycan vilayətinin Təbii Sərvətlər İdarəsinin baş direktoru Rəhim Mehrdadi bölgəyə səyahət üçün gedən vətəndaşların od yandırmasının yanğına səbəb olduğunu irəli sürüb.

“Yanğından iyulun 7-də saat 16:00-da xəbərdar olduq və dərhal yanğınsöndürmə komandalarını yanğın bölgəsinə göndərdik, ancaq bölgənin qayalıq və havanın qaranlıq olması nəticəsində saat 22:00-də söndürmə əməliyyatın dayandırdıq və sonrası gün saat 4:30-da yenidən əməliyyat başladıldı”- deyə, Mehradadi bildirib.

Rəhim Mehrdadi iyulun 8-də günorta saatlarında verdiyi müsahibədə yanğının 90 faizinin söndürüldüyünü və helikopterdən istifadəyə gərək qalmadığını bildirmişdi, ancaq gecə saatlarında İRNA xəbər agentliyinin yayımladığı məlumata görə, Şərqi Azərbaycan vilayətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru yanğının sönmədiyini və hələ də davam etdiyini bildirdi.

O, bölgədəki komandaları geri qaytarmaq üçün bir helikopterin göndərildiyindən ayrıca iyulun 9-da söndürmə əməliyyatı özəl yanğınsöndürmə vertolyotu ilə davam edəcəyindən xəbər verdi.

Hünərbər iyulun 9-da davam edəcək əməliyyat üçün İran ordusu, Şərqi Azərbaycan Qırmızı Aypara Cəmiyyəti və Təbriz Yanğınsöndürmə İdarəsindən yardım istənildiyini qeyd etdi.

Keçən il Qaradağ meşələrində 4 gün sürən və 3 fərqli bölgədə baş verən yanğında 600 hektar məşəlik külə çevrildi. 164 min hektar sahəsi olan Qaradağ meşələrində İran ümumiyyətində var olan bitki növünün 20 faizi mövcuddur. Ötən həftələr Qızılqarın kəpənəkləri adlı zərərvericinin Qaradağ meşələrinin böyük bir hissəsinə zərər verərək meşəni məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qoyub.

Qaradağ meşələri 1979-cu ildə UNESCO-nun təbii qoruq siyahısına daxil edilmişdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG