Accessibility links

İranın nüvə proqramına dair müzakirələrin növbəti raunduna start verilir [Təhlil]


İran və beynəlxalq müzakirəçilərin Vyanada start verdikləri müzakirələr razılıq əldə dilməsi üçün noyabrın 24-də başa çatacaq möhlətədək son səylər olacaq.

Bağlı qapılar arxasında keçirilən müzakirələr nüvə silahı üçün kifayət edəcək uran zənginləşdirilməsi sentrifuqaları, təftiş və sanksiyaların ləğvi kimi məsələlərə həsr edilib.

Londonda yerləşən Chatham Housee-un Yaxın Şərq proqramının direktor müavini Ceyn Kinninmont danışıqlarda 7 ölkənin iştirak etməsinə baxmayaraq, əsas razılıq ABŞ-la İran arasında əldə ediləcək.“Razılıq əldə edilməsi hər iki prezidentin marağındadır. Bu imkandan istifadə edilməsə, onlar bir daha heç vaxt belə bir imkan əldə edə bilməyəcək. ”

ABŞ və Avropa vasitəçiləri ilə fərqli baxışlara malik olan Rusiya ilə Çin də müzakirələrin iştirakçısıdır. Rusiyanın İranla bağlı mövqeyi və Qərblə bağlı siyasəti narahatlıq mənbəyidir. “Rusiya İranla müttəfiqliyini saxlamaq istəyir, lakin eyni zamanda İranı nüvə qüdrətli və ya müstəqil aktyor kimi görmək istəmir.”

Kinninmontun dediyinə görə, Rusiyanın İranla istifadədə olmuş nüvə yanacağının yenidən emalına dair əldə etdiyi anlaşma yeni razılığa yol aça bilər.

Lakin Durham universitetinin beynəlxalq proqramının direktoru Ənuş Ehtesami razılığın narahatlığa səbəb olduğunu bildirir.

Hazırkı müzakirələrin əsas amalı dərin fikir ayrılıqlarını aradan qaldırıb, tərəflərin öz hökumətlərini güzəştlərə razı salmaqdadır.

Professor Ehteşami Tehranın ciddi retorikalarına baxmayaraq, prezident Həsən Ruhaninin əslində buna razı ola biləcəyini deyir. “Müzakirəçilərə xalq mandat verib. Onlar prezident Ruhaniyə də ağır mərhələdən keçid mandatı verib. Onun platforması İranı təcriddən qurtarmaq, dünyaya açmaq idi. İran buna yalnız nüvə böhranına son qoymaqla nail ola bilər.”

Bunun əksini seçmək İran iqtisadiyyatı üçün ağır nəticələr deməkdir. Sanksiyalar, neft qiymətlərinin düşməsi, nüvə obyektlərinin vurulması kimi nəticələr razılığın əldə edilməsini zəruriləşdirir.

XS
SM
MD
LG