Accessibility links

Tehran və Aİ: İranla ABŞ arasında nüvə danışıqları "yaxın günlərdə" bərpa ediləcək


İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və Avropa ittifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell birgə mətbuat konfransında. Tehran, İran. 25 iyun, 2022.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və Avropa ittifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell birgə mətbuat konfransında. Tehran, İran. 25 iyun, 2022.

İranın Birləşmiş Ştatlarla 2015-ci il nüvə razılığını canlandırmaq üçün dolayı danışıqları yaxında yenidən bərpa olacaq. Bunu şənbə günü İranın xarici işlər naziri Avropa İttifaqının baş diplomatının danışıqlarda aylardır davam edən çıxılmaz vəziyyətə son qoymaq çağırışından sonra deyib.

“Biz danışıqları önümüzdəki günlərdə bərpa etməyə hazırıq. İran üçün 2015-ci il razılığının iqtisadi faydalarınını tamamını almaq vacibdir,” xarici işlər naziri Hüseyn Əmir-Abullahian deyib və əlavə edib ki, Aİ-nin xarici işlər üzrə başçısı Cozep Borrellə “uzun, amma müsbət görüş” keçirib.

Razılıq mart ayında danışıqları koordinasiya edən Avropa İttifaqı Tehranla Prezident Co Bayden admnistrasiyası arasında 11 ay davam edən dolayı danışıqların ardınca razılığı imzalamaq üçün tərəfləri Vyanaya dəvət etdiyi zaman canlanmağa yaxın idi.

Ancaq danışıqlar o zamandan bəri dayandırılır, xüsusilə də Tehranın Vaşinqtona İranın elit təhlükəsizlik qüvvəsi olan İslam İnqilab Keşikçiləri Korpusunu ABŞ-ın Xarici Terror Təşkilatları siyahısından çıxarması ilə bağlı tələbi səbəbilə.

“Bizim danışıqları önümüzdəki günlərdə bərpa edəcəyimiz və çıxılmaz vəziyyətə son qoyacağımız gözlənilir. Artıq üç ay keçib və biz işləri sürətləndirməliyik. Mən Tehran və Vaşinqtonda verilən qərara görə çox şadam,” Borell Tehranda keçirilən mətbuat konfransında deyib.

Bir İran və bir Avropa rəsmisi Borellin səfərindən öncə Reuters-ə bildirib ki, “iki məsələ, o cümlədən sanksiyalar məsələsi həll olunmalıdır,” ancaq İranın Xarici İşlər Nazirliyi bu şərhi nə təsdiq, nə də təkzib edib.

“Biz İranla ABŞ arasıda danışıqların son qalan məsələləri həll etmək üçün gələcək günlərdə, mənim komandamın vasitəçiliyi ilə bərpa olunması üzərində razılaşdıq,” Borrell Twitter-də yazıb. “Gələcək günlər deyəndə, ən sürətli şəkildə, dərhal demək istəyirəm.”

2018-ci ildə ozamankı Prezident Donald Tramp İranın iqtisadi sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmağa razılaşdığa sazişdən geri çəkildi.

ABŞ-ın geri çəkilməsi və sanksiyaları bərpa etməsi ilə İran bir il sonra nüvə limitlərini aşmağa başladı.

Qərb liderləri narahatdırlar ki, İran istəsə nüvə bombası istehsal edə bilmək imkanına yaxınlaşır, ancaq İran niyyətinin dinc məqsəd daşıdığını deyir.

XS
SM
MD
LG